Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib

24 may 2017 | 20:00

25 may 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin və İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun birgə təşkilatçılığı ilə Rayon Gənclər Evində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.
Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elşən Həsənli və rayon ərazisində fəaliyyət göstərən sahibkarlar iştirak etdilər.
Forum iştirakçıları ilk olaraq Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə həsr olunmuş filmə baxdırlar.
Tədbiri açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın qazandığı nailiyyətlərdən, ölkəmizin sosial-iqtisadi və mədəni həyatında baş verən dinamik inkişafdan danışdı. A.Hüseyn-zadə ölkəmizdə sahibkarlığın və  kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə  sahibkarlara və torpaq mülkiyyətçilərinə  hərtərəfli köməkliklər göstərilməsi  ilə bağlı dövlət başçısının tapşırıq və tövsiyyələrinə   uyğun olaraq rayonumuzda da görüləcək işlər müəyyənləşdirilmiş, sahibkarlar və mülkiyyətçilərlə mütəmadi olaraq müvafiq söhbətlər aparılaraq onların problemləri dinlənilir. Bu gün də keçirilən iclasın əsas məqsədi rayonda sahibkarlığın daha da  inkişaf etdirilməsi və nəticədə əhalimizin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilmişdir. Bu strateji xəttin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxış edərək  2017-ci ilin ötən dövrü ərzində ölkə üzrə 360 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 36,2 milyon manat güzəştli kredit yönəldiyini bildirdi. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 1000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1345 investisiya layihəsinin maliyyələşdirilməsinə 377,6 milyon manat güzəştli kredit verilib.
İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 9,8 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, tikinti materiallarının istehsalı istixana kompleksinin yaradılması, mətbəx və məişət mallarının istehsalı, quşçuluq və heyvandarlıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Balaxanı Sənaye Parkında sürtgü yağlarının təkrar istehsalı müəssisəsinə baxış keçirilib. Bu müəssisədə mühərrik yağının texnoloji və kimyəvi proseslərdən keçirməklə təkrar emalından 80%-dək həcmdə yenidən istifadəyə yararlı mühərrik yağları istehsal etmək mümkündür. Bu yağlar iritutumlu nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının mühərriklərində istifadə üçün bütün standartlara cavab verəcəkdir. Müəssisədə illik 1800 ton sürtgü yağlarının təkrar emalı həyata keçiriləcək. Avtomobil və digər texnikalarda istifadə olunmuş mühərrik və ya sürtgü yağlarının təkrar emalı ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına imkan yaradacaq.
Sonda çıxış edən sahibkarlar fəaliyyət dairələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışaraq, bu istiqamətdə öz təkliflərini irəli sürdülər.

Keçidlər