1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində “28 May-Respublika Günü” ilə əlaqədar tədbir keçirildi
25.05.2017- ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasl Sabunçu Rayon təşkilatının və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Ramana qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində “28 May-Respublika Günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, Sabnçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzin direktoru Rəhilə Həsrətova müəllimlər və əlillər iştirak etdilər.
İlk öncə qonaqlar Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində müxtəlif peşələrə yiyələnən əlillərin sinif otaqlarını gəzərək onların yaratdıqları əl işləri ilə yerində tanış oldular.
Tədbir ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Çıxış edən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzin direktoru Rəhilə Həsrətova gələn qonaqları salamlayaraq onları “28 May-Respublika Günü” münasibətilə təbrik etdi.
YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva 28 May Respublika Gününun tarixi əhəmiyyətindən danışaraq, bildirib ki, Azərbaycan dövləti şərəfli və keşməkeşli tarixi yol keçib: "Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan özünün ən ağır günlərini yaşayırdı. Həmin vaxt ölkəmizi bir tərəfdən anti-milli qüvvələr və digər tərəfdən isə mənfur ermənilər məhv etmək istəyirdilər. YAP, məhz belə bir zamanda təsis olundu. Yarandığı gündən xalqın mənafeyini hər şeydən üstün tutan YAP bu gün də öz mütərəqqi ideyaları ətrafında yüz minlərlə azərbaycanlını birləşdirir. Ulu Öndər Heydər Əliyev deyirdi ki, YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.
Çıxış edən digər natqlər Azərbaycan Xalq Cümhuriyyəti təkcə suveren respublika qurmaq, milli siyasət və mədəniyyət təsisatlarını ərsəyə gətirmək təcrübəsini yaratmadı, həm də ən çətin tarixi zamanda yenilməz mənəviyyatın gücünü göstərmək, dövlətçilik əxlaqının müqəddəs dəyərini qorumaq ənənəsini yaratdı və Ümummilli lider Heydər Əliyev məhz bu keyfiyyətlərinə görə Cümhuriyyət tariximizə istiqlaliyyətimizin sübhü kimi yüksək dəyər verdiyini bildirdilər.
Tədbir bəddi hissə ilə davam etdirildi. Sonda sağlamlıq imkanları məhdud gənclər fəxri fərman və diplomlarla təltif olundular.