Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Gül Bayramı keçirilmişdir

07 may 2013 | 19:00

Ümummilli Liderimiz Heydər Əliyevin doğum günü ölkəmizin hər bir yerində həmişə böyük təntənə ilə qeyd edilir. Bu əlamətdar hadisə ilə bağlı olaraq paytaxtımızın müxtəlif yerlərində Gül bayramları keçirilir. Ulu Öndərimizin 90 illiyi ilə bağlı bu ilki Gül bayramları xüsusi möhtəşəmliyi ilə seçilir.
         07 May 2013-cü ildə Sabunçu rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibəti ilə Bakıxanov qəsəbəsindəki Abbasqulu Ağa Bakıxanov adına parkda Gül Bayramı keçirilmişdir.
         Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ərazisində yerləşən təhsil, mədəniyyət və rayon ictimaiyyəti yaxından iştirak etmişlər.
         Məktəblilərin və bağça uşaqlarının böyük həvəslə hazırladıqları əl işləri öz rəngarəngliyi ilə seçilirdi. Milli geyimdə, al-əlvan paltarlı uşaqlar bu sərgidə bayram əhval-ruhiyyəsi ilə iştirak edirdilər. Sərgilənən əsərlər yaradıcılarının böyük istedadından və özünəməxsus fantaziyalarından xəbər verirdi. Heydər Əliyev şəxsiyyətinə və dühasına xalq məhəbbətinin və minnətdarlığının böyük təntənəsi kimi parkda sərgilənmiş gül kompozisiyaları, tətbiqi sənət nümunələri, rəsm, plakat və müxtəlif əl işləri hamını heyran etdi. Gül bayramı açıq havada düzəldilmiş əsrarəngiz muzey təəssüratı yaratmaqla yanaşı söylənilən gözəl mahnılar və şux rəqslər əsil bayram ovqatı yaradırdı.
         Nümayiş etdirilən işlər Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyası tərəfindən yüksək qiymətləndirildi.

Keçidlər