Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirildi

01 iyun 2017 | 20:00

02.06.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin və Bilgəh qəsəbəsində yerləşən 142 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ülviyyə Rufullayeva, 142 nömrəli tam orta məktəbin direktoru Gülnza Abdullayeva və məktəbin şagird və müəllim kollektivi iştirak etdilər.
Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ülviyyə Rufullayeva və 142 nömrəli tam orta məktəbin direktoru Gülnaz Abdullayeva insan hüquqlarının mahiyyəti, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, iqtisadi, sosial və mədəni, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq sənədlər, ölkəmizdə bu sahədə aparılan islahatlar, milli insan hüquqları təsisatları, Müvəkkil təsisatının yaranması və fəaliyyəti barədə geniş məlumat verdilər.
Daha sonra müəllimlər öz çıxışlarında belə tədbirlərin şagirdlərin dünyagörüşünün, hüquqi biliklərinin artmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər