Sabunçu rayonunda “İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirici tədbir keçirildi
06.06.2017-ci il tarixdə Sabuncu Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Sabunçu rayon Asudə Vaxt Mərkəzinin birgə təşkilatçılığı ilə Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialında “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmərqənd Əlizadə, Sabunçu rayon MKS-nin müdiri Nəcibə Hüseynova, Sabunçu rayon Asudə Vaxt Mərkəzinin direktoru Mehriban Bayramova, “Qızıl Aypara” Sabunçu rayon bölməsinin sədri Elmira Məlikova, Nardaran qəsəbə klubunun direktoru Asif Qurbanov və digər qonaqlar iştirak ediblər.
İlk olaraq, “İnsan Hüquları” ilə bağlı video - çarxa baxış keçirildi. Daha sonra tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmərqənd Əlizadə və digər natiqlər çıxış edərək insan hüquqlarının mahiyyəti, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, iqtisadi, sosial və mədəni, mülki və siyasi hüquqlar haqqında beynəlxalq sənədlər, ölkəmizdə bu sahədə aparılan islahatlar, milli insan hüquqları təsisatları, müvəkkil təsisatının yaranması və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdilər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.