Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Sağlam təfəkkür, sağlam gələcək” mövzusunda maarifləndirici tədbir keçirildi

08 iyun 2017 | 20:00

09 iyun 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu Gənclər Evində “Sağlam təfəkkür, sağlam gələcək” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov, millət vəkili Dilarə Cəbrayılova, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu Asif Kəngərli, məktəb direktorları, şagird və müəllim kollektivi iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra 2016-2017-ci təris ilində keçirilmiş maarifləndirici tədbirlərin video-çarxı nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov narkomaniyanın fəsadlarından, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən  danışdı. G.Məmmədov narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdır, sosial-iqtisadi inkişafa mənfi təsir gostərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır və cinayətkarlığın artmasına səbəb oduğunu qeyd etdi.
Çıxış edən Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu Asif Kəngərli və digər natiqlər narkotik vasitələrin qanunsuz dövriyyəsinin artması, narkotiklərlə bağlı cinayətlərin getdikcə daha çox ciddi problemə çevrilməsi və narkotik vasitələrə aludə olanlar içərisində yeniyetmə və gənclərin də olması böyük təəssüf hissi doğurduğunu qeyd edərək gənclərə  diqqətli və ehtiyatlı olmalarını bildirdilər və onlara narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə söhbət açaraq gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli işlərdən danışaraq müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirlməsinin vacibliyini qeyd etdilər.
Sonda bir neçə məktəb direktorları “Narkomaniyaya qarşı mübarizə tədbirlərində məktəblilər arasında maarifləndirmə işlərinin təşkilində səmərəli xidmətlərinə görə” Fəxri Fərmanla təltif olundular.

Keçidlər