Sabunçu rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirildi
Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2016-2017-ci tədris ilinin yekunu ilə əlaqədar bu gün respublikanın ümumtəhsil məktəblərində "Son zəng" günü qeyd edilir. Bir çox rayonlarda olduğu kimi, Sabunçu rayonunda da "Son zəng" tədbirləri təmtəraqlı təşkil edildi.
14.06.2017-ci il tarixdə Sabunçu qəsəbəsində yerləşən 148 saylı tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov, 148 nömrəli tam orta məktəbin direktoru Esmira Babayeva, məktəbin pedoqoji kollektivi, valideyinlər, məzunlar və şagirdlər iştirak etdilər.
İlk olara tədbiri 148 nömrəli tam orta məktəbin direktoru, Esmira Babayeva açaraq məktəb kollektivinin uğurlarını qeyd etdi və Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə məktəb kollektivi adından ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse- Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib, bu ilki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzuladı.
.Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev müstəqil həyata qədəm qoyan məzunları və onların valideynlərini salamlayaraq, bu gözəl gün münasibəti ilə təbrik etdi. A.Vəliyev Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində aparılan siyasətindən danışdı. A.Vəliyev ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan qayğı Azərbaycan Respublikasının Birinci vitse - Prezidenti Mehriban xanım Əliyevanın təhsilə olan diqqətinin bariz nümunəsi olduğunu qeyd etdi və hər il olduğu kimi bu il də 148 nömrəli tam orta məktəbi bitirən məzunların hamısının tələbə adına layiq görüləcəyinə, xalqımızın gələcəyi naminə görülən böyük işlərin iştirakçılarına çevriləcəyinə inamını vurğuladı.
Sonda “Son zəng” tədbirində məktəbin 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət çıxışlar edən və məktəb həyatına əlvida deyən məzunlar doğma məktəbə və onlara dərs deyən müəllimlərə minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Sabunçu rayonunun digər məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçirilərək məzunların həyatında yaddaqalan bir günə çevrilib. Ənənəvi olaraq rayonun bütün orta məktəblərində keçirilən son zəng tədbirlərində təhkim olunmuş Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon hüqü-mühafizə orqanlarının rəhbərləri, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri və idarə-müəssisə rəhbərləri ştirak ediblər.