Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü’’nə həsr olunmuş tədbir keçirildi

21 iyun 2017 | 20:00

22.06.2017-ci tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialında 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü’’nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov, Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Natiq Zülfüqarov, Səhiyyə Nazirliyinin 1 saylı Respublika Ruhi-Əsəb Xəstəxanasının həkim-narkoloqu Vüqar Yusifov, “Qızıl Aypara Cəmiyyətinin” Sabunçu rayon bölməsinin sədri Elmira Məlikova, Bakıxanov qəsəbəsi “İmam Rza” məscidinin axundu, dini icmanın sədri Əmirxan Tahirov, Sabunçu rayon MKS-nin müdiri Nəcibə Hüseynova, Sabunçu rayon Asudə Vaxt Mərkəzinin direktoru Mehriban Bayramova və digər qonaqlar iştirak etdilər.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov və digər qonaqlar narkamaniya aludəçisi olan insanların hər sahədə olduğu kimi öz həyatlarını məhv etməklə yanaşı ətraflarında olan insanlar və cəmiyyət üçün real təhlükə olduğlarından, müasir dövrdə dini radikalizm cərəyanlarında belə  insanların üstünlük təşkil etdiyindən bu ümumbəşəri bəlanın mənəviyyatımıza, milli-mənəvi dəyərlərimizə, dinimizə, adət-ənənələrimizə zidd olduğundan, böyüməkdə olan gənc nəslə vura biləcəyi zərərlərdən və onunla mübarizə yollarından danışdılar.
Sonda tədbir iştirakçılarına narkomaniya bəlalarında bəhs edən videoçarx nümayiş etdirildi.

Keçidlər