Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Dövlət qulluqçularının peşə bayramı qeyd olundu

22 iyun 2017 | 20:00

23.06.2017-ci il tarixdə  Sabunçu Rayon İcra Hakimiyyətinin akt zalında “23 İyun - Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə tədbir keçirildi.  Tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, müavin Avtandil Hüseyn-zadə, Aparatın şöbə müdirləri, sektor müdirləri, qəsəbə nümayəndələri və əməkdaşları iştirak etdilər.
Tədbiri  giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etdi, onlara öz fəaliyyətlərində uğurlar arzuladı. G.Məmmədov ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərini və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində, o cümlədən dövlət quruculuğunda böyük uğurların qazanıldığı diqqətə çatdırdı. Qeyd olundu ki, respublikamızda müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətdə islahatlar uğurla davam etdirir. Bu islahatlarda məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır.
Çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik etdi, onlara çətin və məsuliyyətli, eyni zamanda şərəfli işlərində uğurlar arzuladı.
Sonda tədbir iştirakçılarına hədiyyələr təqdim olundu.

Keçidlər