Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 9 may - Qələbə Günü qeyd edilmişdir

09 may 2013 | 19:00

    9 May 2013-cü il tarixdə Sabunçu rayon ictimaiyyəti KİV nümayəndələrinin, Böyük Vətən Müharibəsi iştirakçılarının, məktəblilərin iştirakı ilə Sabunçu rayonunun Sabunçu qəsəbəsində yerləşən “Qardaşlıq məzarlağın”da geniş tədbir keçirilmişdir.

    Tədbirdə iştirak edən Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev cənabları “1941-1945 abidə kompleksi”nin önünə əklil qoymuş və geniş nitq söyləmişdir. Tədbridə çıxış edənlər Böyük Vətən Müharibəsində Azərbaycan xalqının qələbə əldə etməsinə görə azərbaycanlıların misilsiz xidmətlərindən söz açmış, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin Böyük Vətən Müharibəsi iştiraklarına, Qarabağ müharibəsi şəhidlərinin ailələrininə, Veteranlara, əlillərə göstərilən xüsusi diqqət və qayğısı qeyd edilmişdir.

    Tədbir Bakıxanov qəsəbəsində yerləşən “Kristal şadlıq sarayı”nda geniş bayram konserti ilə davam etdirilmişdir. Qonaqlar üçün süfrə açılmış, bədii-əyləncəli konsert təşkil edilmişdir.

Keçidlər