Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonu Maştağa qəsəbəsində sakinlər üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirildi

13 iyul 2017 | 20:00

14 iyul 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu Maştağa qəsəbəsinin sakinləri üçün qəsəbə nümayəndəliyində əhalinin pulsuz tibbi müayinə aksiyası həyata keçirilmişdir. Aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, Sağlam Ailə Tibb Mərkəzinin həkim kollektivi iştirak ediblər. Aksiyaya əsasən əhali pulsuz olaraq terapevt, endokrinoloq, usm, kardioloq, oftalmoloq, lor, pediatr, ginekoloji müayinələrdən keçirilmişdir. Bununla yanaşı tibbi müayinədə iştirak edən hər bir vətəndaşa qanın ümumi analizi üçün xüsusi müayinə kuponu verildi.
    Bu aksiyanın rayonun digər qəsəbələrində də keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər