Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonu Nardaran qəsəbəsində sakinlər üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirildi

19 iyul 2017 | 20:00

20.07.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Nardaran qəsəbə nümayəndəliyində sakinlər üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilmişdir. Aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları və Sağlam Ailə Tibb Mərkəzinin həkim kollektivi iştirak ediblər. Aksiyaya əsasən əhali pulsuz olaraq terapevt, endokrinoloq,  usm,  kardioloq,  oftalmoloq,  lor, pediatr, ginekoloji müayinələrdən keçirilmişdir. Bununla yanaşı tibbi müayinədə iştirak  edən  hər bir vətəndaşa  qanın  ümumi  analizi  üçün  xüsusi kupon verildi.
Bu  aksiyanın  rayonun  digər  qəsəbələrində də keçirilməsi  nəzərdə tutulub.

Keçidlər