Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonu Bilgəh qəsəbəsində sakinlər üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirildi

26 iyul 2017 | 20:00

Sabunçu Rayon İcra Hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə 27.07.2017-ci il tarixində rayon icra hakimiyyətinin Bilgəh qəsəbəsi üzrə nümayəndəliyində sakinlər üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilmişdir. Aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları və Sağlam Ailə Tibb Mərkəzinin həkim kollektivi iştirak ediblər. Aksiyaya əsasən əhali pulsuz olaraq terapevt, endokrinoloq, usm, kardioloq, oftalmoloq, lor, pediatr, ginekoloji müayinələrdən keçirilmişdir. Bununla yanaşı tibbi müayinədə iştirak edən hər bir vətəndaşa qanın ümumi analizi üçün xüsusi kupon verildi.
Bu aksiyanın rayonun digər qəsəbələrində də keçirilməsi nəzərdə tutulub.

Keçidlər