Sabunçu rayonunda Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı rayon sahibkarları ilə görüş keçirildi
http://www.myvideo.az/tv/aztv&seekTime=28-07-2017%2017:20
Azərbaycan Respublikasının I vitse-prezidenti xanım Mehriban Əliyevanın Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin təşəbbüsü ilə rayon sahibkarları ilə görüş keçirildi
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, başçının I müavini Güloğlan Məmmədov, müavinlər Avtandil Hüseyn-zadə, Rəna Fərəcova, RİH Aparatının əməkdaşları, qəsəbə nümayəndələri və bələdiyyə sədrləri, iş adamları, sahibkarlar, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri iştirak etdilər. İlk öncə Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətindəki təşəbbüsü çox təqdirəlaiqdir. Artıq 20 ildən çoxdur ki, Ermənistanının davam edən işğalçı siyasəti nəticəsində ölkəmizdə bir milyon qaçqın və məcburi köçkün mövcuddur.
Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması, iş, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi ölkə başçısının daim diqqət mərkəzindədir. İyirmi ildən çoxdur ki, bu sahədə ardıcıl olaraq bütün lazımi tədbirlər həyata keçirilir, addımlar atılır. Aparılan işlərə dəstək olaraq , Sabunçu rayonunda fəaliyyət göstərən bir çox iş adamları “XXI” əsr MTK-nın direktoru Etibar Qədimov, “Yeni Sabunçu” MTK-nın direktoru Fuad Əliyev, “Diplomat” şirkətinin prezidenti Bahəddin Əliyev və digərləri çıxışlarında I vitse-prezidentin bu təşəbbüsünə qoşularaq, bu ağır problemin həllinə biganə qalmayıb öz dəstəklərini verəcəklərinə tam hazır olduqlarını bildirdilər.