Sabunçu rayonunda "Beynəlxalq Hepatitlə Mübarizə Günü"nə həsr olunmuş tədbir keçirildi
Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27.07.2017-ci il tarixdə Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialında 28 iyul Beynəlxalq Hepatitlə Mübarizə Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmərqənd Əlizadə, “Qızıl Aypara Cəmiyyətinin” Sabunçu rayon bölməsinin sədri Elmira Məlikova və həkimi Mətanət Qaraxanova, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Şəhla Mirzəzadə, Hafiz İbrahimov, Sabunçu rayon MKS-nin 1 saylı filialının müdiri Şəfiqə Həkimova, Gənclər və İdman İdarəsinin rəis müavini Malik Məmmədov və başqa qonaqlar iştirak etdilər.
Tədbirdə hepatitlə mübarizə və onun qarşısının alınması, qlobal ictimai səhiyyə problemi kimi, hepatit barədə daha geniş anlaşmanın təbliğinə və bütün dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin və mübarizə tədbirlərinin gücləndirilməsinin stimullaşdırılmasına dair geniş söhbətlər aparılmışdır. Bu ilin Beynəlxalq Hepatitlə Mübarizə Gününə hazırlıq ərəfəsində Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliklə mübarizə aparmaq üçün yeni qlobal çərçivə proqramının icrasına başlamışdır. Bu il Beynəlxalq Hepatitlə Mübarizə Günü “Bəs sən” şüarı altında keçirilir. Burada məqsəd cəmiyyətdə yaşayan insanların lazımi dərəcədə marifləndirilməsinə çalışılmalıdır.
Sonda hepatitlə bağlı foto-şəkillərə baxıldı.