Sabunçu rayonunda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bayram konserti keçirmişdir
Bu günlərdə Azərbaycanımızın hər yerində, eləcə də də bir çox tərəqqipərvər, dost ölkələrdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə geniş tədbirlər keçirilir, Onun unudulmaz xatirəsi böyük hörmət və sayğı ilə yad edilir.
Həmin tədbirlərin davamı kimi Sabunçu rayon İcra hakimiyyəti və “Xəzər” televiziya kanalının birgə təşkil etdikləri növbəti tədbir – Bayram konserti keçirilmişdir.
Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev başda olmaqla Sabunçu rayon İcra Hakimiyyəti başçısının aparatı, Milli Məclisə Sabunçu rayonundan seçilmiş deputatlar, digər qonaqlar və rayonun bütün idarə, müəssisə, təşkilatlarından olan nümayəndələr iştirak edirdilər.
Heydər Əliyev bütün şüurlu həyatını Xalqına, Azərbaycan Dövlətinin möhkəmlənməsinə, inkişafına sərf edib. O, hələ 1969-cü ildə Azərbaycana ilk dəfə rəhbərliyə gəldiyi zaman xalqın ürəyində özünün məhəbbət və etibarını qazanmışdır.
Ulu öndərin dərin intellekti, zəndin daxili aləmi, öz xalqında məhəbbəti hələ imperiya dövründə, müxtəlif maneələr mövcud olduğu vaxtlarda respublikamızı hərtərəfli inkişaf etdirməyə, xariqələr yaratmağa kömək olmuş və nəticədə Azərbaycan keçmiş SSRİ-nin ən nüfuzlu, qüdrətli, güclü iqtisadi potensiala malik respublikalarından birinə çevrilmişdir. Heydər Əliyev Azərbaycana 34 il rəhbərlik edib.
Dövlət müstəqilliyimizin iqtisadi bünövrəsi Heydər Əliyevin hakimiyyətə ilk gəlişi ilə qoyulmuşsa, həqiqi azadlıq tariximiz də onun Azərbaycana qayıdışı ilə, ölkənin taleyüklü problemlərinin həllini öz çiyinlərinə götürdüyü vaxtdan başlanmışdır.
Müstəqil Azərbaycan Dövlətinə rəhbərlik etdiyi 10 il ərzində Ümummilli Liderin necə daxili və xarici təhlükələrin qarşısını aldığı, müstəqilliyimizi qətiyyətlə qoruduğu, təkcə xalqımıza deyil, bütün dünyaya məlumdur.
Daxili sabitliyin bərqərar olması, dövlət quruculuğu, dövlətçiliyin möhkəmlənməsi, demokratik və hüquqi islahatların həyata keçirilməsi, neft amilindən Azərbaycanın Milli maraqlarına uyğun istifadə edilməsi üçün dünyanın aparıcı şirkətləri ilə “Əsrin müqaviləsi”nin bağlanması, ölkəmizin dünyanın aparıcı dövlətləri ilə səmərəli əməkdaşlığı, ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunması, həmçinin beynəlxalq əhəmiyyətli nəhəng transmilli layihələrin reallaşması Ümummilli Liderin əvəzsiz xidmətlərindəndir.
Ulu Tanrının bizə bəxş etdiyi nadir şəxsiyyət – Heydər Əliyevin doğma respublikamıza rəhbərliyi dövründə həyat yolunun 19 ilini (1970-1989-cu illər) keçmiş Sovetlər birliyinin və respublikamızın Ali Sovetinin deputatı kimi məhz Sabunçu rayonu ilə bağlamış, dəfələrlə Sabunçu rayonunda olaraq sakinlərlə görüşlər keçirmiş, çoxsaylı istehsal müəssisələrinin, təhsil, səhiyyə və digər sosial obyektlərin yaradılmasının təşəbbüskarı olmuşdur ki, bunları da sabunçulular daim böyük fəxr və minnətdarlıq hissi ilə qeyd edirlər.
Hazırda ölkəmiz regionun lider dövlətidir. Bu gün Azərbaycan dünyada ən islahatçı, iqtisadiyyatı hərtərəfli və dinamik inkişaf edən, regionda qüdrətli söz sahini olan ölkə hesab olunur.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu böyük uğur və bacarıqla davam etdirən İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan öz inkişaf tempini qoruyub saxlayır, daha böyük uğurlara nail olur. Azərbaycan artıq qlobal məsələlərin həllində siyasi güc kimi iştirak edir.
Qədirbilən xalqımız dahi oğlunun əvəzsiz xidmətlərini unutmur və unutmayacaq. Sabunçulular Ulu Öndər Heydər Əliyevin xatirəsini daim əziz tutur, onun müəyyən etdiyi yolla gedir, Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək Vətənimizin tərəqqisi üçün var gücü ilə qurub-yaradırlar.