Sabunçu rayonu Pirşağı qəsəbəsində sakinlər üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirildi
Sabunçu Rayon İcra Hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə 31.07.2017-ci il tarixində RİH-nin Pirşağı qəsəbə nümayəndəliyində sakinlər üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilmişdir. Aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova və şöbəsinin əməkdaşları, Sağlam Ailə Tibb Mərkəzinin həkim kollektivi iştirak ediblər. Aksiyaya əsasən əhali pulsuz olaraq terapevt, endokrinoloq, usm, kardioloq, oftalmoloq, lor, pediatr, ginekoloji müayinələrdən keçirilmişdir. Bununla yanaşı tibbi müayinədə iştirak edən hər bir vətəndaşa qanın ümumi analizi üçün xüsusi kupon verildi.
Bu aksiyanın rayonun digər qəsəbələrində də keçirilməsi nəzərdə tutulub.