Sabunçu rayonunda 12 avqust – “Beynəlxalq Gənclər Günü” ilə bağlı iclas keçirildi və tədbirlər planı müzakirə edildi
08 avqust 2017 | 20:00
09.08.2017-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin akt zalında iclas keçirildi.
İclasda Rayon İcra Hakimiyyətinin başçısının I müavini Güloğlan Məmmədov, müavin Rəna Fərəcova, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və MKİS əməkdaşları iştirak etdilər. İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsinə tətbiq olunacaq yeniliklər müzakirə olundu. Bundan başqa, 12 avqust Beynəlxalq Gənclər Günü üçün hazırlıqlardan söz açan Rəna Fərəcova görüləcək işlərlə bağlı müvafiq qurumlara tapşırıqlar verdi.