Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Zabrat və Balaxanı qəsəbə sakinləri üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirildi

09 avqust 2017 | 20:00
10.08.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin  Zabrat  qəsəbə nümayəndəliyində Zabrat və Balaxanı sakinləri üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirildi.
Aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova, şöbənin əməkdaşları və Sağlam Ailə Tibb Mərkəzinin həkim kollektivi iştirak etdilər.Aksiyaya əsasən əhali pulsuz olaraq terapevt, endokrinoloq, USM,  kardioloq, oftalmoloq, lor, pediatr və ginekoloq müayinələrindən keçirildi. Bununla yanaşı tibbi müayinədə iştirak  edən  hər bir vətəndaşa  qanın  ümumi  analizi  üçün  xüsusi kupon verildi.
Bu  aksiyanın  rayonun digər qəsəbələrində də keçirilməsi  nəzərdə tutulub.
Keçidlər