Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “18 avqust - Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının peşə bayramı günü” qeyd edildi

17 avqust 2017 | 20:00
18.08.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin akt zalında”18 avqust–Dövləd Sərhəd Xidmətinin əməkdaşlarının peşə bayramı günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının I müavini Güloğlan Məmmədov, müavin  Rəna Fərəcova, İctimai–siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, RİH başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri və Dövlət Sərhəd Xidmətində xidmət aparan əsgərlərin ailələri iştirak etdilər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri  giriş sözü ilə açan Sabunçu  Rayon İcra  Hakimiyyətinin  başçısı  Adil Vəliyev Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının peşə bayramı günü münasibəti ilə xidmətdə olan əsgərlərin valideyinlərini təbrik etdi. A.Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq,  Ali Baş Komandanın diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidməti bu gün dinamik inkişaf dövrünü yaşayır, ölkəmizin sərhəd mühafizə strukturu yaxşılaşdırılır, müasir tələblərə cavab verən yeni sərhəd məntəqələri tikilib istifadəyə verilir, sərhədçilərin yüksək səviyyədə xidmət göstərmələri məqsədilə hər cür şərait yaradıldığını qeyd etdi.
Çıxış edən RİH başçısının I müavini Güloğlan Məmmədov və müavin Rəna Fərəcova Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindənDövlət Sərhəd Xidmətinə  göstərdiyi diqqət və qayğını qeyd edərək, ordunun maddi-texniki bazasının gücləndiriliməsindən, yeni sərhəd dəstələri və zastavaları yaradılmasını vurğuladılar və Azərbaycan sərhədlərinin etibarlı şəkildə qorunduğunu qeyd etdilər. Sonda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev sərhədçi əsgərlərin ailələrinin mənzil-məişət şəraiti ilə yaxından maraqlanaraq problemlərinin həllində köməklik göstərdi.
Çıxış edən valideynlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Keçidlər