Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ramana qəsəbə sakinləri üçün ödənişsiz tibbi müayinə aksiyası keçirildi

16 avqust 2017 | 20:00
17.08.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə RİH-nin Ramana qəsəbə nümayəndəliyində Ramana  sakinləri  üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilmişdir. Aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova və şöbənin əməkdaşları,  Sağlam Ailə Tibb Mərkəzinin həkim kollektivi iştirak ediblər.Aksiyaya əsasən əhali pulsuz olaraq terapevt, endokrinoloq, USM,  kardioloq, oftalmoloq, LOR, pediatr və ginekoloji müayinələrdən keçirilməklə 279 sakin müayinə edildi. Bununla yanaşı tibbi müayinədə iştirak  edən  hər bir vətəndaşa  qanın  ümumi  analizi  üçün  xüsusi kupon verildi.
Bu  aksiyanın  rayonun digər qəsəbələrində  də keçirilməsi  nəzərdə tutulub.
Keçidlər