Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Beynəlxalq Sülh ayı çərçivəsində “Sülh günü” adlı tədbir keçirildi

24 avqust 2017 | 20:00
25.08.2017-ci il tarixdə Təhsil Nazirliyi, Ombudsman Aparatı, Sabunçu Rayon İcra Hakimiyyəti, “Qızıl Aypara” Cəmiyyəti və digər orqan təmsilçilərinin iştirakı ilə Bilgəh qəsəbəsində yerləşən 11 saylı İnteqrasiya təlimli internat məktəbində hər il ölkəmizdə Ombudsmanının təşəbbüsü ilə 21 avqust - 21 sentyabr tarixləri arasında qeyd olunan sülh aylığı çərçivəsində “Sülh günü” münasibəti ilə tədbir keçirildi. 21 sentyabr “Beynəlxalq Sülh günü” atəş və zorakılıqdan qlobal imtina kimi dünyada qeyd olunan BMT-nin yeganə bayramıdır.
Tədbirdə 11 saylı İnteqrasiya təlimli internat məktəbinin şagirdlərinin bu mövzuda çəkdikləri şəkillər, hazırladıqları tamaşa və rəqslər izlənildi.
Tədbirin sonunda çıxış edən RİH başçısının müavini Rəna Fərəcova, Deputat Dilarə Cəbrayılova və Ombudsman Aparatının şöbə müdiri Müqabil Mahmudov ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasətindən danışdılar.
Keçidlər