Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon Yeni Azərbaycan Partiyası Təşkilatının VIII konfrası keçirilmişdir

29 may 2013 | 19:00

 

    29 May 2013-cü il tarixdə Sabunçu rayon Yeni Azərbaycan Partiyası Təşkilatının VIII konfransı keçirilmişdir. Konfransda rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Milli Məclisin üzvü Nizami Xudiyev, Yeni Azərbaycan Partiyasının Sabunçu rayonundan seçilmiş deputat Qalib Salahzadə, Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, partiyanın ilk yerli təşkilatının sədrləri və Yeni Azərbaycan Partiyasının rayon fəallarının iştirakı ilə konfrans keçirilmişdir.
         Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının sədri Mehriban Abasquliyeva Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı haqqında məlumat verərək bildirdi ki: 1993-cü ilin yanvar ayından 30 nəfərdən ibarət yaranmış təşkilat Komitəsi ilə fəaliyyətə başlamışdır. Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının 01 dekabr 2011-ci ildə keçirilən konfransdan sonra rayon ərazisində 6 yeni ərazi ilk partiya təşkilatı yaradılmış və hazırda 118 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Konfransdan keçən müddət ərzində 840 nəfər partiya sıralarına yeni üzvlər qəbul olunmuşdur və üzvlərimizin sayı 8568 nəfər təşkil edir. Onlardan 4773 nəfəri qadın, 3112 nəfərini isə gənclər təşkil edir. Üzvlərimizin 4382 nəfəri ali təhsilli, 4186 nəfəri isə orta və orta ixtisas təhsillidirlər. 3 nəfər üzvümüz isə alimlik dərəcəsi almışlar. Partiyanın rayon təşkilatı İdarə Heyəti və Şura üzvləri tərəfindən idarə olunur.
         Təşkilatımızda 17 nəfərdən ibarət İdarə heyəti, 25 nəfər Şura üzvləri fəaliyyət göstərir. Təşkilatımız hər il olduğu kimi 2012-ci ildə də tam aktiv fəaliyyət sərgiləyərək istər ölkə daxili, istər rayon daxili tədbirlərdə yaxından iştirak etmişdir.
         Rayon təşkilatı öz fəaliyyətini həmişə dövlət əhəmiyyətli ictimai-siyasi və mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsinə həsr etmişdir. Təşkilatımız 2013-cü ildə Yanvar faciəsi, Xocalı soyqırımı, 31 Mart soyqırımı günlərinə həsr olunmuş tədbirlər keçirmişdir. Akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr edilmiş “Qanvermə” aksiyası təqdirə layiq şəkildə keçirilmişdir.
         2013-cü ildə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş ərazi ilk partiya təşkilatlarımızda silsilə tədbirlər həyata keçirilmişdir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşəbbüsü ilə rayonlararası Mini futbol turniri yarışmasında rayonumuzun gəncləri uğurla iştirak edərək III yer əldə etmişlər. Bundan əlavə rayon gəncləri arasında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusu altında inşa olimpiadası keçirilmiş, qaliblər mükafatlandırılmışdır.
         Qarşıdan 2013-cü il Prezident seçkiləri gəlir. Sabunçu rayonunun 3 seçki dairəsi, 93 məntəqəsi, 140177 nəfər seçicisi vardır.
         Yeni Azərbaycan Partiyasının vahid namizədi partiyamızın sədri, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin bir daha prezident seçilməsi üçün biz Sabunçu rayon təşkilatı bütün qüvvələrimizi səfərbər edərək, seçkilərin şəffaf, demokratik keçirilməsi məqsədilə bir sıra işlər görmüş və görməkdəyik. Hazırda seçicilərin siyahısısının dəqiqləşdirilməsi işləri aparılır, Hər məntəqəyə 5 nəfərdən ibarət müşahidəçi və 1 nəfər məşvərətçi təyin edilmiş, imza toplayanların siyahısı tərtib edilmişdir. 2013-cü il Prezident seçkilərində qələbə qazanacağımıza inanırıq.
         Konfranın sonunda Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələrin seçilməsi ilə əlaqədar qurultaya gedəcək nümayəndələrin adları səsləndirildikdən sonra müzakirə əsasında səsvermə ilə qəbul edilmişdir. Bununla da konfrans başa çatmışdır.

Keçidlər