Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Sabunçu qəsəbə sakinləri üçün ödənişsiz tibbi müayinə aksiyası keçirildi

23 avqust 2017 | 20:00

24.08.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə RİH-nin Sabunçu qəsəbə  nümayəndəliyində Sabunçu  sakinləri  üçün ödənişsiz  səyyar tibbi müayinə aksiyası keçirilmişdir. Aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova və şöbənin əməkdaşları,  Sağlam Ailə Tibb Mərkəzinin həkim kollektivi iştirak ediblər. Aksiyaya əsasən terapevt, endokrinoloq, USM,  kardioloq, oftalmoloq, LOR, pediatr və ginekoloq müayinələrindən keçirilməklə 263 sakin ödənişsiz olaraq müayinə edildi. Bununla yanaşı tibbi müayinədə iştirak  edən  hər bir vətəndaşa  qanın  ümumi  analizi  üçün  xüsusi kupon verildi.
Artıq aksiyamız yekunlaşmaq üzrədir. Sonuncu aksiyanın rayonun  Bakıxanov qəsəbəsində  keçirilməsi  nəzərdə tutulub.

Keçidlər