Sabunçu Rayonunda Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində “Beynəlxalq Sülh Günü” nə həsr olunmuş tədbir keçirildi
13 sentyabr 2017 | 20:00
14.09.2017-ci il tarixdə Sabunçu Rayonun Yeni Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində21 Sentyabr- “Beynəlxalq Sülh Günü” nə həsr olunmuş “Dünyamızı qoruyaq” mövzusunda tədbir keçirilib. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, millət vəkili Dilarə Cəbrayılova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının şöbə müdiri Faiq Ağayev və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk növbədə Mərkəzdə peşə reabilitasiyasına cəlb olunmuş sağlamlıq imkanları məhdud gənclərin 200-dən çox əl işindən ibarət sərgi ilə tanış olublar. Sərgidə tətbiqi sənətin müxtəlif növlərində (xalçaçılıq, toxuma, rəssamlıq, ağac üzərində oyma və s.) təqdim olunan əl işləri, o cümlədən sülh mövzusuna dair hazırlanmış əsərlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində keçirilən bu tədbir də sülh mədəniyyətinin təbliğinə yönəlməklə yanaşı, eyni zamanda sağlamlıq imkanları məhdud gənclərimizin yaradıcılıq potensialının cəmiyyətə tanıdılmasına xidmət edir. Burada təqdim olunan yaradıcılıq nümunələrində gənclərin sülh, əmin-amanlıq arzuları, xalqımızın sülhsevərliyi əksini tapıb.
Tədbir Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təlimində olan gənclərin sülh mövzusunda təqdim etdikləri ədəbi-musiqili kompozisiya ilə davam edib.