Sabunçu rayonunda “Məcburi köçkün icmalarında gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” mövzusunda tədbirlər keçirildi
25 sentyabr 2017 | 20:00
25-26 sentyabr 2017-ci il tarixlərində Sabunçu rayonunun Pirşağı, Ramana və Sabunçu qəsəbələrində fəaliyyət göstərən məcburi köçkün məktəblərində “Məcburi köçkün icmalarında gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” mövzusunda silsilətədbirlər keçirilmişdir. Tədbirlərdə layihənin koordinatoru, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova və tədbirə dəvət edilmiş müstəqil ekspertlər“Uşaqların cisməni cəzadan qorunması”, “Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsi”, “Məişət zorakılığın növləri” və s. digər mövzular ətrafinda çıxışlar etmiş,müzakirələr aparmışlar.
Maarifləndirmə məqsədi daşıyan tədbirlərdə Sabunçu Rayon İcra hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Sabunçu rayon sektorunun əməkdaşları, məcburi köçkün məktəblərinin şagirdləri, müəllimləri, valideynlər vəqəsəbə ziyalıları iştirak etmişdirlər.