Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci vitse-prezident Mehriban Əliyeva Sabunçu rayonu Ramana qəsəbəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni bina ilə tanış olub

04 oktyabr 2017 | 20:00
  Oktyabrın 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni bina ilə tanış olub.
   Bina “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində inşa edilib. Tikinti işlərinə bu ilin mart ayında başlanılıb. Beşmərtəbəli binada beş birotaqlı, iyirmi ikiotaqlı, iyirmi üçotaqlı və beş dördotaqlı mənzil var.
   Ramana qəsəbəsindəki binada yaradılan şəraitdən məmnunluğunu ifadə edən Mehriban Əliyevaya məlumat verildi ki, buraya Xətai rayonunda və Sarıqaya yaşayış massivində qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış 50 məcburi köçkün ailəsi köçürüləcək.
Keçidlər