1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sabunçu rayonunda tədbir keçirilmişdir
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə 1 İyun 2013-cü il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Aygün City” ticarət mərkəzində tədbir keçirilmişdir. Tədbirdə Sabunçu rayonunda yerləşən 1, 10, 11 saylı uşaq internat məktəbləri ilə yanaşı, qəyyumluğa verilmiş uşaqlar, imkansız ailələrin uşaqları və digər sosial kateqoriyaya malik ailələrin uşaqları iştirak etmişdir.
Tədbirdə çıxış edən Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi islahatların, siyasi sabitliyin ölkəmizə o cümlədən xalqımıza böyük uğurlar və nailiyyətlər gətirməsindən söz açmış, ölkə Prezidenti cənab İlham Əliyevin xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi islahatlardan danışmışdır.
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkəmizdə keçirilən bayramların müstəsna əhəmiyyətindən söz açan rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın uşaqlara, körpələrə xüsusi diqqət və qayğısının yüksək səviyyədə olduğunu bildirmişdir.
Tədbirdə tanınmış incəsənət xadimləri ilə yanaşı şən klounlar da uşaqları əyləndirmişdir. Tədbirin sonunda hər bir uşağa hədiyyələr verilmiş, bayram tortu kəsilmişdir.