Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində qəyyumluqda olan uşaqlar üçün tədbir keçirildi

22 oktyabr 2017 | 20:00
   Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il olduğu kimi bu ildə ənənəvi olaraq  20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin il dönümü ərəfəsində uşaqlara diqqətin artırılması məqsədilə ölkəmizdə “Uşaq hüquqları aylığı” elan edilmişdir.
  Bu məqsədlə 23 oktyabr 2017-ci il tarixdə “Uşaq hüquqları aylığı” çərçivəsində Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Murad Əyləncə Mərkəzi” tərəfindən qəyyumluqda olan uşaqlar üçün tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının məsul katibi Səbahət Hünbətova, uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Ramilə Quliyeva və İnformasiya Təminatı və Təhlil sektorunun müdiri Gülər Rüstəmova iştirak etdilər. “Murad Əyləncə Mərkəzi” tərəfindən hazırlanmış tədbir rəngarəng musiqi nömrələri və rəqslərlə uşaqları sevindirdi.
Keçidlər