Sabunçu rayonunda “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda tədbir keçirildi
23 oktyabr 2017 | 20:00
24 oktyabr 2017-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsi 74 nömrəli tam orta məktəbin akt zalında “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserinin Həkim-Narkoloqu Qalib Məmmədov və məktəbin şagirdvə müəllim kollektivi iştirak etdilər.
İlk əvvəl tədbir iştirakçıları narkotik vasitələrindən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər. Sonra tədbiri giriş sözü ilə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini,Sabunçu Rayon İcra Hakimiyyəti başçısıyanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov açdı. Ə.Teymurov çıxışında müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə geniş məlumat verdi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, Dövlət Proqramından irəli gələn işlərin icra vəziyyətindən söz açaraq o, aparılan işlərin mahiyyəti, əhəmiyyəti barədə toplantı iştirakçılarına geniş məlumat verdi.
Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserinin Həkim-Narkoloqu Qalib Məmmədov çıxış edərək respublikada narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması tədbirlərinin səmərəliliyi haqqında danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər, məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyyələr verdilər.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.