“Uşaq hüquqları aylığı” çərçivəsində uşaqların sağlam yaşamaq hüququnun təmin edilməsi məqsədi ilə maarifləndirici tədbir keçirildi
25 oktyabr 2017 | 20:00
26.10.2017-ci il tarixdə Sabunçu qəsəbəsində yerləşən 12 saylı Şəhər Poliklinikasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin 20 oktyabr - 20 noyabr tarixlərində elan etdiyi “Uşaq hüquqları aylığı” çərçivəsində uşaqların sağlam yaşamaq hüququnun təmin edilməsi məqsədi ilə maarifləndirici tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna Fərəcova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) nümayəndəsi Nigar Ağayeva, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Kamal Vəkilov, “Sağlam Ailə “ tibb mərkəzinin terapevti Etibar Süleymanov və 12 saylı Şəhər Poliklinikasının Uşaq şöbəsinin müdiri Emin Məmmədov iştirak etdilər. Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna Fərəcova və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) nümayəndəsi Nigar Ağayeva uşaq hüquqlarının qorunmasında dövlət qayğısından söz açdı. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Kamal Vəkilov şagirdlərə sağlamlığın qorunması ilə bağlı müxtəlif əyani vəsaitlər paylayaraq sanitar-gigiyenik qaydalardan bəhs etdi. Daha sonra “Sağlam Ailə” tibb mərkəzinin pediatoru Etibar Süleymanov xüsusi hazırlanmış video-çarx vasitəsi ilə şagirdlərə ilkin tibbi yardım haqqında praktik biliklərdən ətraflı söz açdı. 12 saylı Şəhər Poliklinikasının Uşaq şöbəsinin müdiri Emin Məmmədov isə son günlərdə geniş yayılan uşaq xəstəlikləri və onların qarşısının alınması yolları haqqında məlumat verdi.
Sonda qonaqlar şagird və müəllim heyətini maraqlandıran sualları cavablandırdılar.