Şriftin ölçüsü :

Saytın rəngi :

03.11.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində rəsm sərgisi keçirildi

02 noyabr 2017 | 20:00
  03.11.2017-ci il tarixdə Bakıxanov qəsəbəsində yerləşən 74 saylı orta məktəbdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin 20 oktyabr - 20 noyabr   tarixlərində elan etdiyi “Uşaq hüquqları aylığı” çərçivəsində  Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabunçu rayonu ərazisində fəaliyyət gostərən tam orta təhsil məktəblilərinin “Uşaq hüquqları” mövzusunda çəkdikləri rəsmlərdən ibarət  sərgi keçirildi.
Sərgidə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna Fərəcova, Milli Məclisin Deputatı Dilarə Cəbrayılova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Ağayeva, Azərbaycan Respublikasının Rəssamlar İttifaqının üzvü xalq rəssamı Arif Hüseynov, məktəblilər, müəllimlər və valideynləri ştiraketdilər.
   Tədbir ilk əvvəl rayonun Maştağa qəsəbəsində yerləşən 10№-li musiqi məktəbinin xüsusi hazırladığı klassik əsərlərin sədaları altında sərgiya baxışla başladı.
   Tədbirin məqsəd və mahiyyəti barədə məlumat verildikdən sonra çıxış üçün ilk söz Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna Fərəcovaya verildi. R. Fərəcova çıxışında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin 20 oktyabr - 20 noyabr   tarixlərində elan etdiyi “Uşaq hüquqları aylığı” çərçivəsində  Sabunçu rayonu ərazisində bir sıra tədbirlərin keçirildiyi barədə məlumat verdi. Tədbirin çox mühüm əhəmiyətə malik olduğunu vurğulayan R.Fərəcova ölkə rəhbəri cənab İlham Əliyevin əhalinin sosial- rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi islahatlardan, birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara olan diqqət və qayğısından, “Heydər Əliyev ” fondunun, o cümlədən fondun vitse- prezidenti Leyla xanım Əliyevanın usaq evləri, internat məktəbləri üçün gördüyü işlərdən söz açdı. Digər çıxış edənlər Milli Məclisin Deputatı Dilarə Cəbrayılova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Ağayeva və Azərbaycan Respublikasının Rəssamlar İttifaqının üzvü xalq rəssamı Arif Hüseynov bu kimi tədbirlərin əhəmiyyətindən bəhs etdilər. Tədbirin sonunda xatirə şəkili çəkildi.
Keçidlər