Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Uşaq Hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirildi

05 noyabr 2017 | 20:00
  Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə 6 noyabr 2017-ci il tarixində Bakı Dövlət Sosial-İqtisad Kollecinin akt zalında 20 oktyabr- 20 noyabr 2017-ci il tarixlərində “Uşaq Hüquqları aylığı” çərçivəsində və 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir.
  Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səbinə Məmmədova qonaqları salamladı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Ağayeva, Azərbaycan Respublikası Qadınlar Şurasının sədri Bahar Qasımova, Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşı Səbahət Hünbətova və Qızıl Aypara Cəmiyyətinin Sabunçu Rayon şöbəsinin sədri Elmira Melikova çıxış edərək uşaq hüquqlarından, müharibə şəraitində yaşayan və əziyyət çəkən uşaqların pozulmuş hüquqlarından, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsindən söhbət açdılar. Tədbirdə 5 nömrəli Füzuli qaçqın məktəbinin şagirdləri bədii-ədəbi kompozisiya ilə çıxış etdilər.
Keçidlər