Şriftin ölçüsü :

Saytın rəngi :

Bilgəh qəsəbəsi 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” mövzusunda tədbir keçirilmişdir

05 noyabr 2017 | 20:00
   06.11.2017-ci il tarixində Bilgəh qəsəbəsi 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” mövzusunda Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilmişdir.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin  müavini Vasif Quliyev, Təhsil Nazirliyinin şöbə müdiriHəbib Kərimov, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsininəməkdaşı, polis polkovnikiTanrıverdi Aydınov, Respublika Narkoloji Mərkəzin həkim-narkoloquQalib Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşıMətanət Abdullayeva və Sabunçu Rayon Polis İdarəsinin  rəis müaviniŞaiq Əliyev iştirak edirdilər.
   İlk əvvəl tədbir iştirakçıları  narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər. Sonra tədbiri giriş sözü ilə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov açaraq  müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları barədə geniş məlumat verdi.
   Digər çıxış edənlər də narkomaniyanın ümumbəşər faciə olduğundan, buna qarşı dünya dövlətləri, o cümlədən Azərbaycan Respublikasında dövlət tərəfindən görülən işlərdən və aparılan maarifləndirici tədbirlərdən danışdılar.
Keçidlər