Şriftin ölçüsü :

Saytın rəngi :

Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində “Uşaq Hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirildi

06 noyabr 2017 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 7 noyabr 2017-ci il tarixində Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin akt zalında  20 oktyabr - 20 noyabr 2017-ci il tarixlərində elan olunan  “Uşaq Hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirildi. Tədbirdən öncə internat məktəbinin direktoru G.Abdullayeva qonaqları uşaqların əl işləri və rəsmləri ilə tanış edərək uşaq “Qurama” videostudiyasının hazırladığı videoçarxı nümayiş etmişdir.
   Tədbiri giriş sözü ilə internat məktəbinin direktoru Gülnarə Abdullayeva açmışdır. Ombudsman Aparatının əməkdaşları Nigar Ağayeva və Müqalib Mahmudov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Səbahət Hünbətova və Sabunçu Rayon Polis İdarəsinin 42-ci PB-nin yetkinlik yaşına çatmayanlarla iş üzrə baş inspektor, polis mayoru Yasəmən Fətəliyeva çıxış edərək Uşaq Hüquqları Konvensiyasından, fiziki qüsuru olan uşaqların dövlət tərəfindən hüquqlarının müdafiəsi, yetkinlik yaşına çatmayanlar arasında qanunpozmalar haqqında və uşaqların qarşısında duran vəzifələr barədə  məlumat vermişlər. Tədbirdə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin şagirdləri Fidan Allahverdiyeva, Elay Babayeva və Əlirza Əlizadə məsələ ilə bağlı öz fikirləri ilə bölüşmüş və onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.
Keçidlər