9 noyabr - Dövlət Bayrağı günü münasibəti ilə Sabunçu rayonunda şeir müsabiqəsi keçirildi
07 noyabr 2017 | 20:00
Dövlət Bayrağı günü münasibəti ilə 8 noyabr 2017 - ci il tarixində Bakıxanov qəsəbəsində yerləşən 74 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində və “Dövlət bayrağı günü” münasibətilə şeir müsabiqəsi keçirildi.
Dövlət Bayrağına həsr olunmuş “Ən yaxşı şer söyləyən” və “Ən yaxşı şeir müəllifi” nominasiyaları üzrə rayon məktəbliləri arasında keçirilən müsabiqəyə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (OMBUDSMAN) uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Ağayeva, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Azərbaycan Yazıçılar Birliyindən nümayəndələr dəvət olunmuşdur.
“Ən yaxşı şeir söyləyən” və “Ən yaxşı şeir müəllifi” nominasiyaları üzrə məktəbli şagirdlər şeirlər söylədilər. Münsiflər heyətinin üzvləri 271 saylı tam orta məktəbin direktoru Səməndər Məmmədov, Yazıçılar Birliyinin üzvü Arif Buzovnalı və Yazıçılar Birliyinin üzvü Nicat Səmədov “Ən yaxşı şeir söyləyən” və “Ən yaxşı şeir müəllifi” nominasiyaları üzrə 1-ci, 2-ci və 3-cü yerləri müəyyən etdilər. Qaliblərə “Fəxri fərman” lar və hədiyyələr təqdim olundu. Sonda qaliblərlə birgə xatirə şəkli çəkildi.