Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 12 noyabr-Konstitusiya Günü ilə bağlı tədbir keçirildi

09 noyabr 2017 | 20:00
   10.11.2017-ci il tarixdə Sabunçu qəsəbəsi 148 nömrəli tam orta məktəbdə Konstitusiya Məhkəməsinin təşkilatçılığı, Təhsil Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 12 noyabr-Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı olimpiadanın mükafatlandırılma mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova, Milli Məclisin üzvü Dilarə Cəbrayılova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov,  müavin Rəna Fərəcova və Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Anar Qədiməliyev iştirak etdilər.01-06 noyabr 2017-ci il tarixlərdə keçirilən olimpiadada yüksək nəticələr göstərmiş şagirdlərvə məktəb rəhbərliyi diplom və hədiyyələrlə təltif olundular.
Keçidlər