Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu qəsəbəsində yerləşən 311 nömrəli tam orta məktəbdə “Uşaq Hüquqları aylığı” çərçivəsində növbəti maarifləndirici tədbir keçirildi

12 noyabr 2017 | 20:00
     13 noyabr 2017-ci il tarixində Sabunçu qəsəbəsində yerləşən 311 nömrəli tam orta məktəbin akt zalında  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) 20 oktyabr- 20 noyabr tarixlərində elan etdiyi“Uşaq Hüquqları aylığı” çərçivəsində növbəti maarifləndirici tədbir keçirildi.
   Tədbiri giriş sözü ilə məktəbin direktoru Esmira Muradova açdı. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Səbahət Hünbətova, Sabunçu Rayon  Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Sabunçu Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanların arasında profilaktiki işin təşkili şöbəsinin rəis müavini polis mayoru Asif Məlikov  çıxış edərək Uşaq Hüquqları Konvensiyası, uşaq hüquqlarının  dövlət tərəfindən müdafiəsi, yetkinlik yaşına çatmayanlar arasında qanunpozmalar haqqında və uşaqların qarşısında duran vəzifələr barədə  məlumat verdilər. Tədbirdə 311 nömrəli tam orta məktəbin şagirdləri ailədə yaşamaq, təhsil almaq, istirahət etmək, inkişaf və müdafiə hüquqlarını əks etdirən səhnəciklər nümayiş etdirərək ədəbi -bədii kompozisiya ilə davam etdilər.
Keçidlər