Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Ölkəmizi tanıyaq” 8-ci tur aksiyasının təntənəli açılış mərasimi baş tutdu

14 noyabr 2017 | 20:00
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə hər il keçirilən maarifləndirici tur-aksiyaları gənc nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, onların savadlı və vətənpərvər böyüməsi istiqamətində təşkil olunmuş layihədir.   Bu lahiyəyə əsasən 16-19 noyabr 2017-ci  il tarixlərini əhatə edən növbəti 8-ci tur-aksiya 3 istiqamət üzrə  ölkəmizin cənub bölgəsini təşkil edən Lənkəran, Masallı və Astara  rayonları istiqamətində baş tutacaq.Bununla əlaqədar  15.11.2017-ci il tarixdə Sabunçu Rayon Gənclər  Evində “Ölkəmizi Tanıyaq”  tur aksiyası çərçivəsində təntənəli açılış tədbiri keçirildi. Tədbirdə Azərbaycan  Respublikası Milli Məclisinin üzvləri Fazil Qəzənfəroğlu və Dilarə Cəbrayılova, Sabunçu Rayon İcra Hakimiyyətinin  başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Güloğlan Məmmədov və müavinlər  Rəna Fərəcova, Avtandil Hüseyn-zadə, YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, RİHB aparatının şöbə müdirləri, RİHB-nın qəsəbələr üzrə nümayəndələri, məktəb direktorları və turda iştirak edən 9,10,11-ci sinif şagirdləri iştirak etdilər.
   Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev  tur aksiyada iştirak hüququnu qazanmış şagirdləri  təbrik etdi və onlara bu səfərdə müvəffəqiyyətlər  arzuladı. Daha sonra çıxış edən Azərbaycan  Respublikası Milli Məclisinin üzvləri Fazil Qəzənfəroğlu və Dilarə Cəbrayılova “Ölkəmizi tanıyaq” tur-aksiyasının əhəmiyyətindən söz açdı. Rəsmi hissənin sonunda 8-ci tur-aksiya iştirakçıları və valideynlər layihənin uğurla təşkili üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
   Tədbirin bədii hissəsində  Sabunçu rayonunda yerləşən 10 və 27 nömrəli musiqi məktəblərinin təşkil etdiyi nağara  qrupu, “Səma” rəqs qrupu və muğam ifaçıları çıxış etdilər.  Daha sonra  “Ölkəmizi tanıyaq” 8-ci tur aksiyasınıniştirakçısı olan məktəblilərin ifasında  “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mahnısı səsləndirildi.
   Tədbirin sonunda iştirakçılara xatirə hədiyyələri təqdim olundu.
Keçidlər