Zabrat qəsəbəsində yerləşən 81 nömrəli tam orta məktəbdə “Uşaq Hüquqları aylığı” çərçivəsində növbəti maarifləndirici tədbir keçirildi
14 noyabr 2017 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 15 noyabr 2017-ci il tarixində Zabrat qəsəbəsində yerləşən 81 nömrəli tam orta məktəbin akt zalında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) 20 oktyabr- 20 noyabr 2017-ci il tarixlərində elan etdiyi “Uşaq Hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirildi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Mehriban Əlizadə açdı.
Tədbirdə 81 nömrəli tam orta məktəbin şagirdləri ailədə yaşamaq, təhsil almaq, istirahət etmək, inkişaf və müdafiə hüquqlarını əks etdirən səhnəciklər nümayiş edərək ədəbi -bədii kompozisiya ilə auditoriya qarşısında çıxış etdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Ombudsman Aparatının uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Ağayeva çıxış edərək Uşaq Hüquqları Konvensiyası, uşaq hüquqlarının dövlət tərəfindən müdafiəsi və uşaqların qarşısında duran vəzifələr barədə məlumat verdilər.
Tədbirin sonunda uşaqlar qonaqlarla birlikdə xatirə şəkli çəkdirdilər.