“Narkomaniyaya yox deyirik” mövzusunda Maştağa qəsəbəsində yerləşən 128 saylı tam orta məktəbdə tədbir keçirildi
14.11.2017-ci il tarixindəMaştağa qəsəbəsi 128 nömrəli tam orta məktəbdəSabunçu Rayon İcra Hakimiyyətinin və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə“Narkomaniyaya yox deyirik” mövzusunda“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın narkomanlıqla mübarizə sahəsində aparılması məqsədi ilə növbəti maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Respublika Narkoloji Dispanserin həkim-narkoloqu Asif Kəngərli, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasoviştirak edirdilər.
İlk əvvəl tədbir iştirakçıları narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər. Sonra tədbiri giriş sözü ilə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov açaraq müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları barədə geniş məlumat verdi.
Respublika Narkoloji Dispanserin həkim-narkoloqu Asif Kəngərli öz çıxışında narkomaniyanın insan sağlamlığına vurduğu zərər, tibb sahəsinin bu yaranın sağalmasında yaşadığı çətinliklər və müalicələrin mürəkkəbliyindən söz açdı.
Digər çıxış edənlər də narkomaniyanın ümumbəşər faciə olduğunu vurğulayaraq buna qarşı dünya dövlətlərində, o cümlədən Azərbaycan Respublikasında dövlət tərəfindən görülən işlər, aparılan maarifləndirici tədbirlərdən danışdılar.
Çıxışlardan sonra qonaqlar tədbirdə işrirak edən şagirdlərin mövzu ilə bağlı suallarını cavablandırdılar.