Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” layihəsinin Sabunçu rayon iştirakçıları Lənkəranda

16 noyabr 2017 | 20:00
“Ölkəmizi tanıyaq” layihəsinin növbəti mərhələsi çərçivəsində təşkil edilən tur-aksiyada Bakının Sabunçu rayonunun IX-XI sinif şagirdləri və onların müəllimləri noyabrın 16-da axşam saatlarında cənub bölgəsinə gəliblər.
Tur-aksiya iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Lənkəran şəhərindəki Heydər Əliyev parkında məktəblilər qarşısında çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyanın əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən məktəblilərə xoş arzularını çatdırıb.
Məktəblilər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Sonra tur-aksiya iştirakçıları Lənkərandakı “Palıdlı sahil” otelində yerləşiblər.
Şam yeməyindən sonra məktəblilər müxtəlif əyləncəli proqramlarda iştirak ediblər.
Noyabrın 17-də şagirdlər Lənkəran rayonu ilə tanış olacaqlar.
Keçidlər