“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan Sabunçu rayon məktəbliləri Masallı və Astara rayonlarına səfər ediblər
17 noyabr 2017 | 20:00
"Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan Sabunçu rayon məktəbliləri Lənkəranla tanışlıqdan sonra noyabrın 18-də Masallı və Astara rayonlarına səfər ediblər.
Masallıda məktəbliləri rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuştur-aksiyaları nəhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən məktəblilərə xoş arzularını çatdırıb.
A.Qafarova Azərbaycanın təşəbbüsüilə reallaşan birsıra qlobal layihələr, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin icrası istiqamətində Masallıda görülən işlər barədə məktəblilərə məlumat verib.
Tur-aksiyanın iştirakçıları Ümummilli Lider inabidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və foto şəkillərlə tanış olublar.
Sonra tur-aksiya iştirakçıları Masallı Uşaq İncəsənət Məktəbi ilə tanış olublar. 1979-cu ildən fəaliyyət göstərən məktəbin yeni binası ötən il sentyabrın 3-də Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıqda məktəblilərin böyük marağına səbəb olub. Muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, Preziden tİlham Əliyev 2016-cı ilin sentyabrın 3-də Masallıya səfəri çərçivəsindəTarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.
Şagirdlər “ASAN həyat” kompleksindəki “ASAN xidmət” və “ABAD Mərkəz”, İncəsənət Məktəbi və kinoklubla tanış olub, “İntellektual Mərkəz” də Masallı məktəblilərinin "Breyn-rinq" yarışmasını izləyiblər. Masallıdakı Bayraq Meydanı və Azərbaycan Dövlət Rəmzləri Muzeyi ilə tanışlıqda məktəblilərdə zəngin təəssürat oyadıb.
Astarada tur-aksiya iştirakçılarını rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Rayon icra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaların məktəblilərin dünyagörüşünün formalaşmasında kı rolundan danışıb.
Y.Rəsulova şagirdlərə ölkəmizdə, o cümlədən Astara rayonunda həyata keçirilən infrastruktur layihələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.
Məktəblilər Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətini, böyük rəhbərin Astara rayonuna səfərlərini əks etdirən eksponatlar və foto şəkillərlə böyük maraqla tanış olublar.
Sonra Astara şəhərində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksinə gələn məktəblilərə məlumat verilibki, 2014-cü ildə 6 hektar ərazidə salınmış park-bulvar kompleksinin ərazisi 15 hektara çatdırılacaq. İran İslam Respublikası ilə dövlət sərhədinə qədər sahil boyunca inşa edilən park-bulva rkompleksinin yeni ərazisində tikiləcək Bayraq Meydanı, mehmanxana və hotellər, idman və müxtəlif əyləncə mərkəzləri, xidmət obyektləri Astara şəhərinə xüsusi gözəllik verəcək.
Ərazidə, həmçinin uşaqların mənalı istirahətini təmin etmək məqsədilə uşaq əyləncə mərkəzlərinin, açıq fitnes meydançasının, fəvvarənin, amfiteatrın tikilməsi, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub. Parkın əvvəlki hissəsindən fərqli olaraq, yeni ərazidə dəniz sahilinə bir neçə çıxış olacaq.
Məktəblilərə Astaranın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, turizmpotensialı, əhalinin məşğulluğu və sosial-iqtisadi inkişafı barədədə məlumat verilib. Qeyd olunubki, Astara zəngin təbiətə və qədim tarixə malik, nadir el sənətkarlığının, adət-ənənələrin və folklorun qorunduğu qədim yaşayış məntəqəsidir.
Park-bulvar kompleksi ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları rayonun Ərçivan kəndindəki “Yanarbulaq”da suyun necə alovlandığını böyük maraqla izləyiblər.
Məktəblilər “Astaraçay” MMC-nin çay fabrikində çay emalı prosesini izləyib, burada yaradılmış “Çaymuzeyi”ndə nümayiş etdirilən eksponatlara baxıblar.
Masallı və Astara rayonları ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları Lənkəran rayonuna qayıdıblar.