Sabunçu rayonunda “Tikinti qanunvericiliyi: tələblər və reallıqlar” mövzusunda maarifləndirici tədbir təşkil olunub
22 noyabr 2017 | 20:00
23.11.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Hüquqi maarifləndirmə” proqramı çərçivəsində “Tikinti qanunvericiliyi: tələblər və reallıqlar” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Sabunçu Rayon İcra Hakimiyyətinin və Nardaran Bilik Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbir şəhərsalma və tikinti qanunvericiliyi sahəsində yeniliklərlə bağlı əhalinin maarifləndirilməsinə həsr olunub.
Rayon icra hakimiyyətinin başçısının birinci müavini Güloğlan Məmmədov Bilik Fondu ilə birgə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, bu ənənənin gələcəkdə də davam edəcəyini vurğulayıb.
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev təmsil etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. O, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində paytaxt Bakının dünyanın ən gözəl meqapolislərindən birinə çevrildiyini diqqətə çatdırıb.
İ.Vəliyev ölkə başçısının tikinti və şəhərsalma sahəsində indiyədək qəbul edilmiş qanunvericilik aktlarının liberallaşması istiqamətində imzaladığı rəsmi sənədlərin cəmiyyətimizdə razılıqla qarşılandığını, azad sahibkarlığın inkişafı üçün geniş imkanlar yaratdığını deyib.
Sonra Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini, Bilik Fondunun hüquqi maarifləndirmə üzrə Koordinasiya Şurasının üzvü Səyyad Kərimovun “Tikinti qanunvericiliyi: tələblər və reallıqlar” mövzusunda məruzəsi dinlənilib. O, məruzəsində şəhərsalma və tikinti məsələlərini tənzimləyən hüquqi aktlardakı yeniliklərdən danışıb, bu normativ hüquqi sənədlərin tətbiqi mexanizmləri barədə iştirakçılara ətraflı məlumat verib.
İnteraktiv şəraitdə keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb.