Sabunçu rayonunda “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirildi
23 noyabr 2017 | 20:00
23.11.2017-ci il tarixində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu rayonun Nardaran qəsəbəsindəki 130 nömrəli tam orta məktəbin akt zalında və 24.11.2017-ci il tarixində isə Maştağa qəsəbəsindəki 255 nömrəli tam orta məktəbin akt zalında “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninqlər keçirilmişdir. Tədbirdə DQİDK-nın Dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov və Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aslan Sultanov iştirak edirdilər.
Hər iki tədbir ilk olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filminin nümayişi ilə başladı. Filmin nümayişindən sonar DQİDK-nın Dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxış edərək Respublikamızda dinlərarası və məzhəblərarası münasibətlərin yüksək səviyyədə olduğunu, Azərbaycanın əksər məscidlərində mütəmadi olaraq vəhdət namazlarının qılındığını vurğuladı. DQİDK-nin şöbə müdiri Ə.Zülfüqarov çıxışında vurğuladı ki, bəzi xarici qüvvələr radikal qruplara dəstək verərək onların vasitəsi ilə islamı gözdən salmağa, müsəlman ölkələrində münaqişələr yaratmağa cəhdlər edirlər. Yaxın Şərqdə baş verən qanlı toqquşmaların buna baris nümunə olduğunu bildirən Ə.Zülfüqarov gənclərimizin radikal dini qrupların təsirinə düşməməsi üçün mükəmməl təhsil almalarının vacibliyindən, əhəmiyyətindən danışdı.
Şöbə müdiri çıxışının sonunda dini ekstremizmlə, radikalizmlə mübarizədə vəhdətin və həmrəyliyin vacibliyini xüsusi diqqətə çatdırdı. Xarici qüvvələrin radikal qruplara dəstək verməklə islamı gözdən salmaqları, müsəlman ölkələrində yaranmış münaqişələr, Yaxın Şərqdə baş verən qanlı toqquşmalar və digər məsələlər barədə də söz açdı.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov öz çıxışında ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən danışaraq qeyd etdi ki, bu, dövlət başçısının müsəlman dünyasının həmrəyliyinə verdiyi önəmin göstəricidir. O, öz çıxışında Prezident İlham Əliyevin “İslam həmrəyliyi” ilə bağlı çağırışının mərhum, Ümummilli Liderimiz Heydər Əliyevin vaxtı ilə irəli sürdüyü “İslam birliyi” ideyasının məntiqi davamı olduğunu xüsusi vurğuladı. İslam dininin mənəvi-əxlaqi dəyərlərindən, Azərbaycanda dünya xalqlarına nümunə olacaq dinlararası münasibətdən, ölkə rəhbərinin islam və eləcədə digər dinlərə olan diqqət və qayğısından söz açan Ə.Teymurov gənc nəslin dini radikalizmə qarşı mübarizədə əzmkar, vətənə, dövlətə layiqli vətəndaş olmaqları üçün yaxşı oxuyub, yüksək ali təhsil almaqlarının, dünyəvi biliklərə yiyələnməklərinin əhəmiyyətindən bəhs etdi.