Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda yanğın təhlükəsizliyi ilə bağlı intensiv təbliğat işi aparılır

26 noyabr 2017 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə qış mövsümünə hazırlıq çərçivəsində Sabunçu Rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda növbəti rayon müşavirəsi keçirib.
  Müşavirəni giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov rayonda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verib. O, insanlar arasında bu istiqamətdə təbliğat işinin gücləndirilməsinin zəruriliyini bildirib.
  Bakı Regional Mərkəzinin nümayəndəsi paytaxtda 2016-cı və 2017-ci illərin müvafiq dövrü ərzində baş vermiş yanğınların müqayisəli statistikasını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
  FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin və Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələri müvafiq olaraq “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: Potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında çıxışlar edib, yanğınların başvermə səbəbləri, onlardan qorunma yolları, eləcə də yanğın hadisələri zamanı qarşıya çıxan problemlər barədə danışıblar.
   Çıxışlardan sonra məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub.
   Rayonun enerji təchizatı və satışı idarəsinin, mənzil kommunal təsərrüfat birliyinin, təcili və təxirəsalınmaz yardım stansiyasının əməkdaşları   “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar ediblər.
Keçidlər