Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramının icrası ilə əlaqədar “Gənclərin İqtisadiyyatda rolu” mövzusunda tədbir keçirildi

26 noyabr 2017 | 20:00
   27 noyabr 2017-ci il tarixdə “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə”  Dövlət proqramının icrası ilə əlaqədarSabunçu rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı və Sabunçu Rayon İcra Hakimiyyətini dəstəyi ilə  rayon  Gənclər Evində “Gənclərin İqtisadiyyatda rolu” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna Fərəcova , Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəisi Raqif Abbasov, Bakı Dövlət Sosial-İqtisad kollecinin direktoru Vidadi Orucov, Bakı Dövlət Sosial-İqtisad kollecinin müəllimi, iqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru Nazim Cahangirov və rayon təhsil müəssisələrinin tələbə və müəllim heyəti iştirak etmişdir.
   İlk olaraq Azərbaycanın  son illərdə iqtisadi inkişafı ilə bağlı video çarx nümayiş etdirildi. Sonra rayon Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev  giriş sözü ilə tədbiri açaraqAzərbaycanın iqtisadi uğurlarının  əldə edilməsində Azərbaycan gəncliyi və onun önündə dayanan ölkə prezidenti cənab İlham Əliyevin böyük rolu olduğunu bildirdi. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna Fərəcova ,b Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəisi Raqif Abbasov , Bakı Dövlət Sosial-İqtisad kollecinin direktoru Vidadi Orucov, Bakı Dövlət Sosial-İqtisad kollecinin müəllimi, iqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru Nazim Cahangirov çıxış edərək son illərdə ölkəmizdə aparılan genişmiqyaslı islahatların dahada dərinləşdirilməsi, sosial- iqtisadi inkişafın yüksəlməsi, ölkədə investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafı istiqamətlərində çox mühüm addımlar atıldığını bildirdilər.
  Çıxışlardan sonra gənclərlə mövzu ilə bağlı disskusiya aparıldı vəonları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırıldı. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi.
Keçidlər