Sabunçu rayonunda vətənpərvərlik mövzusunda maarifləndirici tədbir keçirildi
29 noyabr 2017 | 20:00
30.11.2017-ci il tarixində Sabunçu rayonu 94 nömrəli tam orta məktəbdə hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Respublikası “Qarabağ müharibəsi əlilləri, şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəis müavini Hüseyin Quliyev, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu Rayon İcra Hakimiyyətinin, Sabunçu Rayon Polis İdarəsinin, bir sıra QHT-nin Sabunçu rayon təşkilatlarının əməkdaşlarının, Qarabağ müharibəsi əlillərin, veretanların, şagird və valideyinlərin iştirakı ilə keçirilən tədbir ilk əvvəl dövlət Himninin səslənməsi ilə başladı. Azərbaycanın, o cümlədən, Qarabağın azadlığı, suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusuna həsr edilmiş bədii kompozisiya nümayiş etdirildi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova tədbirdə çıxış edərək gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün bu kimi tədbirlərin əhəmiyyətindən, gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində ölkəmizdə görülən işlərdən, möhtərən prezident İlham Əliyev cənablarının müharibə şəraitində olan Azərbaycanın hərbi qüdrətinin artırılması istiqamətində həyata keçirdiyi proqramlardan, hərbi quruculuq, müdafiə sənayesi sahəsində aparılan islahatlardan söz açdı, gənclərin vətənpərvər kimi yetişməsində valideynlərlə yanaşı təhsil ocaqlarının da çox böyük rol oynadığını xüsusi vurğuladı.
Azərbaycan Respublikası “Qarabağ müharibəsi əlilləri, şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxışında Qarabağın azadlığı uğrunda vətən övladlarının göstərdiyi qəhrəmanlıqlardan, ölkədə baş verən siyasi proseslərdən, vətənpərvər övladların döyüş əzmindən söz açdı. Ölkəmizin azadlığının, müstəqilliyinin qorunması istiqamətində bu kimi vətənpərvər mövzularda keçirilən tədbirlərin yetişməkdə olan gənc nəslin formalaşmasında müstəsna rol oynadığını xüsusi vurğuladı.
Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Sabunçu Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə rayonun ictimai həyatında səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmanlarla təltif edilmiş bir qrup Qarabağ müharibəsi əlilini və veteranları təbrik edərək Fəxri Fərmanları onlara təqdim etdi.
Respublikanın, o cümlədən rayonun ictimai-siyasi həyatında göstərdiyi səmərəli fəaliyyətlərinə görə bir qrup Qarabağ müharibəsi əlili və veteranı Azərbaycan Respublikası “Qarabağ müharibəsi əlilləri, şəhid ailələri” İctimai Birliyinin təsis etdiyi medallarla təltif edildilər.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.