Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Dünya bizim evimizdir” adlı tədbir keçirildi

30 noyabr 2017 | 20:00
   01.12.2017-ci il tarixdə 271 nömrəli tam orta məktəbdə “Dünya bizim evimizdir” adlı tədbir keçirildi.
 Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, 271 nömrəli tam orta məktəbin direktoru, müəllim və şagird kollektivi iştirak etdilər.
 Tədbiri giriş sözü ilə 271 nömrəli tam orta məktəbin direktoru Səməndər Məmmədov açaraq iştirak edən qonaqları salamladı və şagirdlərətəbiəti və ətraf mühiti qorumağın vacibliyini aşılamaq məqsədilə bu kimi tədbirlərin əhəmiyyətini qeyd etdi.
 Daha sonra məktəbin ibtidai sinif şagirdlərinin iştirakı ilə bu mövzuda hazırlanmış müxtəlif səhnəciklər nümayiş etdirildi. Tədbirin sonunda çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova hazırlanmış maraqlı və xüsusi məna kəsb edən tədbirə görə məktəbin müəllim və şagird kollektivinə təşşəkürünü bildirərək uğurlar arzuladı.
Keçidlər