Şriftin ölçüsü :

Saytın rəngi :

Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbdə “Biz narkomaniyaya yox deyirik” mövzusunda tədbir keçiridi

05 dekabr 2017 | 20:00
  06 dekabr 2017-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə  Nardaran qəsəbəsi 295  nömrəli tam orta məktəbin akt zalında “Biz narkomaniyaya yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi  Qurupunun əməkdaşı Şahin İsmayılov, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserinin Həkim-Narkoloqu Pərvin Abbasova və məktəbin şagirdvə müəllim kollektivi iştirak etdilər.
  İlk olaraq tədbir iştirakçıları narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər.  Sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Dilarə Cəbrayılova açaraq tədbirin mahiyyəti və əhəmiyyəti barədə danışdı.
  Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini,Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov çıxışında müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə geniş məlumat verdi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətindəölkədə həyata keçirilən islahatlar, Dövlət Proqramından irəli gələn işlərin icra vəziyyətindən söz açaraq o, aparılan işlərin mahiyyəti, əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi.
  Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı  Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qurupunun əməkdaşı Şahin İsmayılov və Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserinin Həkim-Narkoloqu Pərvin Abbasova çıxış edərək respublikada narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması tədbirlərinin səmərəliliyi  haqqında danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər, məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyyələr verdilər.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.
Keçidlər